IdmanTəqdimat

Avarçəkənlərimiz III MDB Oyunlarına iki medalla başlayıb

Ölkəmizdə təşkil edilən III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarına start verilib. Azərbaycan komandası ilk yarış gününün birinci yarısında iki medal qazanıb. Amil Ramazanov birnəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında bürünc medala sahib olub. İkinəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobjanski-Hüseyn Həsənov dueti final yürüşündə finiş xəttini üçüncü yerdə keçib.

III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarında Azərbaycan komandası üçüncü medalı qazanıb. Əlimurad Hacızadə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsadə gümüş medala sahib olub.

III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarının birinci günündə Amil Ramazanov ikinci medalını qazanıb. Günün birinci yarısında birnəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında bürünc medala sahib olan Ramazanov 200 metrdə də eyni nəticəni təkrarlayıb.

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!