FutbolIdman

“Avro-2020”nin Bakıdakı oyunlarına məhdud sayda azarkeş buraxılacaq

2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda məhdud sayda azarkeşin iştirakına icazə verilib.

Frame.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Qərarında əksini tapıb.

Qeyd edək ki, Bakı futbol üzrə Avropa çempionatının qrup mərhələsinin 3, dörddəbir final mərhələsinin isə 1 oyununa ev sahibliyi edəcək. Qrup mərhələsinin oyunları iyunun 13-ü, 17-si və 21-də, dörddəbir final mərhələsinin qarşılaşması isə iyulun 4-də keçiriləcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!