Avro U21 Seçmə Mərhələ 5-ci qrup

Azərbaycan U21 -İrlandiya U21 1:3 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində millimiz Dalğa Arena’da İrlandiya’lı yaşıdları ilə qarşılaşıb. Hesab görüşün 9-cu dəqiqəsində açılıb.

Rayan Manninq’in elə də qüvvətli olmayan zərbəsindən sonra qapıçımız topu ayaqları arasından buraxaraq kobud səhvə yol verdi və nəticədə top qapımıza daxil oldu 0:1. Buraxılan qoldan sonra ruhdan düşməyən millimiz irəli atılaraq hesabı bərabərləşdirməyə müvəffəq oldu.

11-ci dəqiqədə qapıçı ilə təkbətək qalan Mahir Mədətov şansını qaçırmadı 1:1. Fasiləyə 10 dəqiqə qalmış qonaqlar Manninq’in başla vurduğu qolla hesabda yenidən önə keçdilər 1:2. Görüşün 52-ci dəqiqəsində “İrlandiya” millisi Qreqo-Koks’un qoluyla fərqi 2 topa çatdırdı 1:3. Matçın qalan dəqiqələrində qapılara top vurulmadı və matç “İrlandiya” millsinin 1:3 hesablı qələbəsi ilə başa çatdı.

PƏRVİN BAYRAMOV.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: