EventsFestivallarIqtisadiyyatTurizmTəqdimat

Avropa İttifaqı Şamaxıda təşkil edilən Qida Festivalında Dağlıq Şirvan İqtisadi Rayonunun kənd təsərrüfatı məhsullarının və regional ənənəvi qidalarının təqdimatına yardım edir

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsi çərçivəsində 2 iyul 2022-ci il tarixində Şamaxı rayonu Agbora Restoranında Qida Festivalı və və Kənd Təsərrüfati Sərgisi təşkil ediləcək. Layihə “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi ilə birgə tərəfdaşlıq çərçivəsində İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən icra olunur.

Bu layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və yerli vətəndaş cəmiyyəti institutlarının icra etdiyi fəaliyyətlərdən biridir. Layihənin əsas məqsədi yerli qida potensialının artırılmasına və yerli aqrar məsləhət xidmətlərinin keyfiyyətinin yüksədilməsinə nail olmaqdır.

Şamaxıda təşkil ediləcək Qida Festivalının əsas məqsədi Dağlıq Şirvan İqtisadi Rayonunda istehsal edilən kənd təsərrüfatı məhsullarının, ənənəvi qida irsinin təqdim edilməsi, yerli və xarici turistlər və digər steykholderlər arasında tanıtdırılmasına nail olmaqdan ibarətdir. Şamaxı, İsmayıllı, Qobustan və Ağsu rayonlarını təmsil edən kənd təsərrüfatı və ənənəvi qida məhsulları festivalda təqdim olunacaq. Tədbirə 100-dən artıq iştirakçının qatılacağı gözlənilir. Avropa İttifaqının Bakı Nümayəndəliyinin, İttifaqa üzv dövlətlərinin səfirliklərinin, Azərbaycan Hökumətinin və Milli Məclisin, beynəlxalq təşkilatların və yerli steykholderlərin nümayəndələri tədbirdə iştirak edəcəklər.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsinin məqsədi yerli fermerlərinin geniş aqrar və sahibkarlığa yönəlik məsləhət xidmətlərinə əlçatanlığının artırılmasına dəstək olmaq və yerli məhsulların bazarının inkişafına və aqro-turizm potensialının artırılmasına yardım etməkdir.

Daha öncə layihə çərçivəsində oxşar festivallar 4 Sentyabr 2021-ci il tarixində Şəki şəhərində və 27 Noyabr 2021-ci il taixində Şamaxı şəhərində hər birində 150-dən çox şəxsin iştirakı ilə təşkil olunmuşdur.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!