“Avroviziya” mahnı müsabiqəsini 3500 tamaşaçı maskasız izləyə biləcək
Ötən il təxirə salınmış “Eurovision” mahnı müsabiqəsi bu il Rotterdamda məhdud sayda tamaşaçının iştirakı ilə keçirilir.
39 ölkənin iştirakı gözlənilən müsabiqə zalı yalnız 20 faiz tamaşaçı qəbul edəcək. COVID-19 testi neqativ çıxan 3500 tamaşaçı müsabiqəni maskasız izləyə biləcək.
Avstriya əvvəlcədən lentə alınmış virtual formatda müsabiqəyə qatılacaq. Polşa və İrland qruplarında koronavirus analizinin cavabı pozitiv olanlar müsabiqəyə qatıla bilməyəcəklər. Rumıniya və Malta qrupları da həmin mehmanxanada olduqları üçün onlar da müsabiqədə iştirak edə bilməyəcəklər.
Təşkilatçılar 65-ci “Avroviziya” mahnı müsabiqəsinin mövzusunu- “Open Up” saxladıqlarını təsdiqləyiblər.
“Şüarı özünəməxsus şəkildə tamamlamaq üçün azadlığı hiss edin. Dövrümüzün ruhunu əks etdirən bu mövzunu seçməyi vacib hesab etdik. Bu şüarla insanları səmimi şəkildə bir-birindən fərqli fikirlərə, bir-birinin hekayələrinə və əlbəttə ki, bir-birinin musiqisinə açıq olmağa dəvət edirik” ,- deyə icraçı prodüser Sietse Bakker deyib.
“Avroviziya” mahnı müsabiqəsinin loqosunun 2020-ci ilin dekabrından açıqlandığını xatırladaraq, S.Bakker qeyd edib ki, yeni loqo 2021-ci il may ayında Avropanın döyünən ürəyi olan – Rotterdamı iştirakçı ölkələrin paytaxtı ilə birləşdirir və bir araya gəlməyi simvollaşdırır.