IqtisadiyyatMobil dünyaTurizmTəqdimatƏn SonƏn Son

Avşar Gürdal Mastercard-ın Azərbaycan və Türkiyə üzrə yeni Baş Direktoru təyin olunub

Mastercard şirkətinin tərkibindəən son Mastercard-ın Türkiyə üzrə Prezidentinin Köməkçisi kimi çalışan Avşar Gürdal bundan sonra şirkətin Azərbaycan və Türkiyəüzrə Baş Direktoru vəzifəsini icra edəcək.

Boğaziçi Üniversitetinin Maşın Mühəndisliyi fakültəsindən məzun olduqdan sonra Koç Üniversitestində MBA dərəcəsi əldə edən Mastercard-ın Türkiyə ve Azərbaycan üzrə yeni Baş Direktoru Avşar Gürdal, 2015ildən etibarən Mastercard şirkətinin əməkdaşı olaraq çalışmaqdadır.

Karyerasına Unilever şirkətində başlayan Gürdal, PRG və Value Partners kimi şirkətlərdə çalışdıqdan sonra sonra 2015-ci ildəMastercard Advisors-un tərkibinə cəlb edilib. 2016-cı ildəMastercard Müştəri Xidmətləri şöbəsinin İcraçıDirektoru vəzifəsinə təyin edilib. 2019-cu ildən etibarən Mastercard-ın Türkiyə üzrə Prezidentinin Köməkçisi vəzifəsini icra edən Gürdal bundan sonraşirkətin Türkiyə və Azərbaycan bazarlarındakı idarəçilikilə məşğul olacaq.

Mastercard (NYSE: MA) haqqında, www.mastercard.com

Masterсard ödəniş sənayesi sahəsində fəaliyyət göstərən qlobal bir texnologiyaşirkətidir. Bizim missiyamız əməliyyatları daha təhlükəsiz, sadə, ağıllı və əlçatan etməklə hər kəsə hər yerdə faydalı olan əhatəli, rəqəmsal iqtisadiyyat yaratmaq və onu gücləndirməkdir. Təhlükəsiz məlumatlar və şəbəkələr , tərəfdaşlıqlar və istəkdən istifadə edərək bizim innovasiya və həllərimiz fərdlərə, maliyyə institutlarına, hökümətlərə və şirkətlərə özlərinin ən böyük potensialını reallaşdırmaqda kömək edir. Bizim nizam-intizam əmsalımız bizim mədəniyyətimizə və şirkət daxilində və xaricində gördüyümüz hər bir işə stimul verir. Biz, 210-dan çox ölkə və bölgədəki bağlantılarımızla hər kəs üçün qiymətsiz imkanlar açan dayanıqlı bir dünya qururuq.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!