Azərbaycan Çempionatı 5-ci tur

Son illərin dəyişilməz çempionu “Qarabağ” öz meydanında Kəpəz’i qəbul edib. Görüşə gözlənildiyi kimi meydan sahibləri fəal başlayıblar. 10-cu dəqiqədə Pedro Enrike’dən ötürmə alan Tarık El Yunusi topu saxlamadan qapıya vursa da qapıçı Davud Kərimi gözəl qurtarışla komandasını real qoldan xilas edib. Oyunun 26-cı dəqiqəsində Dino Ndlovu əlverişli mövqedə olmasına baxmayaraq topu qapının üstündən vurub. 34-cü dəqiqədə “Qarabağ” nəhayət istəyinə çatdı. Coşqun Diniyev uzaq məsafədən baxımlı qola imza atdı 1:0. Qed edək ki, bu futbolçunun cari çempionatda vurduğu ilk qol idi. Görüşün bitiminə on dəqiqə qalmış “Qarabağ” komandası fərqi iki topa çatdırdı. Qapıçı ilə təkbətək qalan Dani Kintana ikinci topu Davud Kərimi’nin qoruduğu qapıdan keçirdi. Bu qələbə sayəsində “Qarabağ” komandası xallarının sayını 12-yə yüksəltdi. İnter Bakı – Sumqayıt matçında heç-heçə qeydə alındı1:1.Səbail – Qəbələ oyununda gözlənildiyi kimi qonaqlar qələbə qazandı 1:3. Çempionatın lideri “Zirə” səfərdə “Neftçi” komandasının qonağı olub. Görüşə fəal başlayan “Zirə” 17-ci dəqiqədə istəyinə nail olub. Vüsal İskəndərli fərqlənərək komandaını hesada önə keçirib 0:1. İlk hissə ele bu hesabla da başa çatıb. İkinci hissənin əvvəllərində fərq iki topa çatıb. Riçard Qadze fərqlənərək hesabı 0:2 edib. Məğlubiyyətlə barışmaq istəməyən “Nefçi” 53-cüdəqiqədə Huqo Barqas’ın vurduğu qolla fərqi minimuma endirib. Lakin meydan sahiblərinin bundan artığına güçü çatmayıb. Səfərdən üç xalla qayıdan “Zirə” liderliyini davam etdirib. İnter Bakı – Sumqayıt 1:1 Neftçi – Zirə 1:2 Qarabağ – Kəpəz 2:0 Səbail – Qəbələ 1:3

Frame.az

PƏRVİN BAYRAMOV.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: