“Azərbaycan mətbəxi Türk mətbəx mədəniyyətini təcəssümü kimi” adlı növbəti Respublika Elmi-Praktiki Konfransı keçirilib
Lənkəran Dövlət Universiteti , Lənkəran-Astara Reqional Mədəniyyət İdarəsi, WACS və WICS -in , Dünya Türk Mətbəx Kültürü, Elmi və Sənətli Birliyinin Milli Üzvü Azərbaycan Milli Kulinariya Assosiyasiyası ( AMKA), TÜRKSOY-un Dünya Türk Mətbəx Kültürü, Elmi və Sənəti Birliyi Tərəfindən LDU -da və Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Azərbaycan mətbəxi Türk mətbəx mədəniyyətini təcəssümü kimi” adlı növbəti Respublika Elmi-Praktiki Konfransı və Milli Mətbəx Festivalı keçirildi.
Festivalda Lənkəran,Astara və Masallı rayonlarının kulinarları daha aktiv iştirak etdilər.
Bu Festival digər Türk ölkələrində də keçiriləcək.
Gələn il bu Dünya Türk Xalqlarının Mətbəxi Beynəlxalq Elmi konfransı və Festivalı Özbəkistanda , 2025-ci ildə isə Türkmənıstanda baş tutacaq.
Festival və Elmi Konfrans 20 oktyabr Beynəlxalq Kulinariya gününə həsr edildi.
Məktəblilərin Milli Mətbəxə həsr edilmiş rəsm əsərləri xüsusi maraq doğurdu.
Bildiyiniz kimi Azərbaycan Milli Kulinariya Asssosiasiyasının təşəbbüsü ilə 20 oktyabr Beynəlxalq Kulinariya Günü kimi qəbul edilib və 2004-cü ildən 150-yə yaxın ölkədə qeyd olunur.
2021-ci ildə Dünya Şəhərlər Günü Münasibətilə UNESCO-nun Şəhərlər Platforması tərəfindən Azərbaycanın Lənkəran şəhəri “Qastronomiya” nominasiyası üzrə Yaradıcı Şəhərlər sırasına daxil edilmişdir.
Bu mövzuda 2021 və 2022-ci il tarixlərində ardıcıl olaraq Lənkəran şəhər Mədəniyyət Mərkkəzində AMKA tərəfindən kulinariya Festivalları və Elmi konfrans keçirilmişdir.
4-6 iyun 2023-cü il tarixində TÜRKSOY-un təsis etdiyi “Türk Dünyası Mətbəx Kültürü,Elmi və Sənətləri birliyi”nə Azərbaycan Milli Kulinariya Asssosiasiyasının Prezidendi,Əməkdar Mədəniyyət işçisi,Professor Tahir Əmiraslanov Prezident seçilmişdir.
Lənkəranın UNESCO-nun Dünya Qastronomiya Şəhəri olduğunu nəzərə alaraq bu gün Lənkəran şəhərində “Azərbaycan mətbəxi Türk mətbəx mədəniyyətini təcəssümü kimi” adlı növbəti Respublika Elmi-Praktiki Konfransı və Milli Mətbəx Festivalı keçirildi.
Festivalda
Lənkəran-Astara Reginal Mədəniyyət İdarəsinin rəis Qılıncov Bəxtiyar , LDU-nun Rektorunun müşaviri tex. elmləri doktoru Mikayıl Məhərrəmov və AMKA-nın Prezidenti Tahir Əmiraslanov çıxış edərək milli mətbəximizin zənginliyindən danişdılar.
Festivalda həmçinin milli mətbəximizin motivlərini özündə əks etdirən rəsm və sənatkarlıq sərgisidə nümayiş olundu.
TÜRKSOY-un Türk Dünyası Mətbəx Kültürü , Elmi və Sənəti Birliyinin ilk Diplomları məhz bu tədbirdə təqdim edildi.