Azərbaycan Xalça Muzeyinin direktoru fəxri adla təltif olundu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir qrup mədəniyyət xadiminə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə bir sıra şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib.
Prezidentin sərəncamına əsasən, fəxri adla təltif oluan mədəniyyət xadimləri içərisində Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova da var. Şirin Məlikova Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif olunub.
Frame.az