EventsFestivallarMədəniyyətTəqdimat

Azərbaycan XXXIII Minsk Beynəlxalq Kitab Sərgisində təmsil olunur

17–22 mart tarixlərində keçirilən XXXIII Minsk Beynəlxalq Kitab Sərgisində Azərbaycan öz milli kitab stendi ilə iştirak edir.

Sərgi çərçivəsində təşkil olunan təqdimat tədbirində M. Tank adına BDPU( Belarus Dövlət Pedoqoji Universitetinin nəzdində Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin direktoru Fuad İbrahimov çıxış edərək Azərbaycanın zəngin ədəbi irsi, mədəniyyəti və kitab sənayesinin inkişafı barədə məlumat verib.

Təqdimat zamanı Azərbaycan haqqında ətraflı videoçarx nümayiş olunub, həmçinin milli mədəniyyətimizi əks etdirən bir neçə rəqs nümunəsi təqdim edilib.

 

Qeyd edək ki, beynəlxalq sərgi müxtəlif ölkələrin nəşriyyatlarını, müəlliflərini və oxucularını bir araya gətirərək mədəni mübadiləyə və ədəbiyyatın təşviqinə mühüm töhfə verir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!