Azərbaycanda koronavirus infeksiyasına 2945 yeni yoluxma faktı qeydə alınıb
Son sutka ərzində Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 2945 yoluxma faktı qeydə alınıb, 1027 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 32 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 394 min 451 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 346 min 810 nəfər müalicə olunaraq sağalıb, 5340 nəfər vəfat edib. Aktiv xəstə sayı 42 min 301 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 79, bu günə qədər isə ümumilikdə 4 milyon 329 min 920 test icra olunub.