Covid-19SağlamlıqTəqdimat

Azərbaycanda koronavirus infeksiyasından daha 1170 nəfər müalicə olunaraq sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 1170 nəfər müalicə olunaraq sağalıb, 339 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 331 min 40 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 317 min 609 nəfər müalicə olunaraq sağalıb, 4814 nəfər vəfat edib. Aktiv xəstə sayı 8617 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 414 min 614 test aparılıb. Bugünkü test sayı isə 10568-dir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!