Covid-19SağlamlıqTəqdimat

Azərbaycanda koronavirusa 1392 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2274 nəfər müalicə olunaraq sağalıb, 1392 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 317 min 913 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 287 min 298 nəfər müalicə olunaraq sağalıb, 4490 nəfər vəfat edib. Aktiv xəstə sayı 26125 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 229 min 867 test aparılıb. Bugünkü test sayı isə 11756-dır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!