Covid-19SağlamlıqTəqdimat

Azərbaycanda koronavirusa 806 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1224 nəfər müalicə olunaraq sağalıb, 806 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 313 min 812 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 280 min 403 nəfər müalicə olunaraq sağalıb, 4402 nəfər vəfat edib. Aktiv xəstə sayı 29 min 7 nəfərdir.

Ötən müddətdə 3 milyon 195 min 268 test aparılıb. Bu günkü test sayı isə 5732-dir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!