Covid-19SağlamlıqTəqdimat

Azərbaycanda koronavirusdan 176 nəfər sağalıb, 223 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 176 nəfər müalicə olunaraq sağalıb, 223 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 233 min 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 228 min 12 nəfər müalicə olunaraq sağalıb, 3204 nəfər vəfat edib. Aktiv xəstə sayı 2208 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 563 min 101 test aparılıb. Bugünkü test sayı isə 8043-dür.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!