IqtisadiyyatMobil dünyaTurizmTəqdimat

Azərbaycanın aparıcı mobil operatoru İqlim Fəaliyyətinə qoşulub

Azercell GSMA ilə strateji tərəfdaşlıq çərçivəsində mobil sənayeni sıfır karbon emissiyasına yaxınlaşdırmaq üzərində çalışacaq

Azərbaycanın aparıcı mobil operatoru “Azercell Telekom” MMC GSMA təşkilatının aktiv üzvü olaraq İqlim Fəaliyyətində iştirakını qürurla elan edir. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə uyğun olaraq Azercell mobil sənayeni sıfır karbon emissiyasına yaxınlaşdırmaq istiqamətində çalışacaq.

“Bizim GSMA İqlim Fəaliyyətinin İşçi Qrupuna üzvlüyümüz həyat keyfiyyətinin yüksəldilməsi və daha sağlam gələcəyin dəstəklənməsinə yönəlik strateji məqsədimizin bariz sübutudur. İnanırıq ki, bu proqram çərçivəsində həyata keçirilən təşəbbüslər ölkəmizin davamlı inkişafına töhfə verəcək”, deyə “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova bu proqramın əhəmiyyətini vurğulayıb.

GSMA-nın iqlim dəyişikliyi ilə mübarizə fəaliyyəti Azercell də daxil olmaqla dünyanın 60-dan çox sənaye liderini  bir araya gətirib. Proqram iştirakçıları birlikdə mobil sənayeni 2050-ci ilə qədər sıfır karbon emissiyası məqsədinə nail olmağı və bununla da qlobal iqlim böhranının həllində mühüm rol oynamağı hədəfləyir. 

Bu proaktiv ekoloji mübarizə fəaliyyəti iqlim təşəbbüsləri istiqamətində mobil sənaye təchizatçıları ilə birgə iş, mobil cihaz və avadanlıqların ekoloji dayanıqlığının artırılması, innovativ texnologiya vasitəsilə karbon emissiyasının azaldılması üçün mobil rabitədən istifadə və sürətli iqlim dəyişikliyi dövründə ekstremal hava şəraitini idarə etmək üçün infrastrukturun möhkəmləndirilməsi kimi geniş mövzuları əhatə edir. 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!