EventsMədəniyyətTəqdimat

“Azərbaycan animasiyasının gələcəyi” mövzusunda dəyirmi masa keçirilib

Yanvarın 5-də “OD Media & Productionkinostudiyasında “Azərbaycan animasiyasının gələcəyi” mövzusunda dəyirmi masa keçirildi.Tədbirdə animasiya studiyalarının nümayəndələri, rejissorlar, prodüsserlər, rəssamlar, animatorlar və kinoşünaslar gələcək layihələrini müzakirə etdilər, həmçinin milli animasiyanın gələcək inkişafından danışdılar.

Görüşün təşkilatçısı Rəşid Ağamalıyev özünün 13 yerli və xarici kinoşünasla birlikdə yazdığı “Azərbaycan animasiyası” kitabını təqdim etdi. Hazırda 500 nüsxə kitabın nəşri üçün vəsaitin toplanması davam edir. Bundan sonra R.Ağamalıyev Azərbaycan animasiyasına həsr olunmuş Anima.az İnternet səhifəsini iştirakçılara nümayiş etdirdi. Qonaqlar ilk Azərbaycan “Animafilm” Beynəlxalq Animasiya Kinosu Festivalı layihəsi ilə də tanış oldular.

Rəşid Ağamalıyev ilk “Animafilm” Beynəlxalq Animasiya Kinosu Festivalının 8-9 sentyabr 2018-ci il tarixlərində Bakıda keçirilməsini təklif etdi. Dəyirmi masa iştirakçıları festival reqlamentinin bəzi hissələrini, həmçinin nominasiyaları müzakirə etdilər. Animafilm festivalına 2017-2018-ci illərdə çəkilmiş animasiya filmləri qəbul ediləcək və aşağıda qeyd edilmiş nominasiyalar üzrə dəyərləndiriləcək:

Ən yaxşı qısametrajlı animasiya filmi

Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi

Ən yaxşı animasiyalı sosial çarx

Ən yaxşı animasiyalı reklam

Ən yaxşıorijinal ssenari

Animasiya filmləri 15 avqust 2018-ci il tarixinədək qəbul ediləcəklər. Festivalda həmçinin xarici mütəxəssislərin “ustad dərsləri”nin keçirilməsi xarici və yerli animasiyalardan ibarət retrospektiv nümayişlər, Azərbaycan animasiya tarixi haqqında sərgi, uşaqlar üçün proqramlar və s. planlaşdırılır. Festival haqqında ətraflı məlumat yaxın vaxtlarda Animafilm.az rəsmi səhifəsində yerləşdiriləcək.

Tədbirdə “Azanfilm”, “Birlik”, “Sultan”, “Qurama”, “Harmony of Chaos” animasiya studiyalarının nümayəndələri iştirak edirdilər. “Birlik” və “Sultan” studiyaları özlərinin festivalda iştirak edə biləcək gələcək layihələrini təqdim etdilər. Digər studiyalar da festival layihəsini dəstəklədilər və buradan iştirakla bağlı istəklərini bildirdilər.

Azərbaycan animasiyasının gələcəyinin müzakirəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, jurnalistlər, müstəqil rejissorlar, uşaq psixoloqları, hüquqşünaslar və yazıçılar iştirak edirdilər. Tədbir Azərbaycan və rus dillərində keçirildi.

“Azərbaycan animasiyasının gələcəyi” dəyirmi masası haqqında ətraflı məlumatı buradan oxuya bilərsiniz:

https://www.anima.az/

https://www.facebook.com/Az.animasiya/ https://www.instagram.com/azerbaycan.animasiyasi/

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!