IdmanTəqdimat

Azərbaycan Cüdo Federasiyası ilin ən yaxşısıdır!

Yanvarın 9-u Gənclər və İdman Nazirliyi tərəfindən 2024-cü ilin ən yaxşı idmançılarının, məşqçilərinin və idman ictimaiyyəti nümayəndələrinin mükafatlandırılması ilə bağlı qala mərasimi keçirilib.

✨2024-cü ilin “Ən Yaxşıları” sorğusunun yekun nəticələrinə əsasən Azərbaycan Cüdo Federasiyası ilin idman federasiyası adına layiq görülüb.

 

✨Paris-2024 Yay Olimpiya oyunlarının qızıl mükafatçısı Hidayət Heydərov ilin ən yaxşı kişi idmançısı seçilib.

 

✨İlin ən yaxşı kişi idmançısı nominasiyasında 2-ci yerin sahibi Olimpiya çempionu Zelim Kotsoyev olub.

 

✨Riçard Trautman 2024-cü ilin ən yaxşı kişi məşqçisi nominasiyasının qalibi seçilib.

 

✨Cüdo üzrə milli komanda ilin kişilərdən ibarət milli komandası nominasiyasında 2-ci yerin sahibi olub.

 

✨”Doğru Yol Budur” layihəsi çərçivəsində hazırlanan “Bir də gəlsəm” videoçarxı ilin idman videoçarxı seçilib.

 

✨İlin tibb personalı nominasiyasında 3-cü yerin sahibi cüdo üzrə milli komandaların baş həkimi Ramil Vəliyev olub.

 

✨Bakı Böyük Dəbilqə turniri ilin idman tədbiri nominasiyasında 3-cü yerdə qərarlaşıb.

 

Azərbaycan Cüdo Federasiyası cüdo ailəsinin üzvlərinin əldə etdiyi nailiyyətləri qiymətləndirən və dəstək olan hər kəsə təşəkkürünü bildirir!

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!