Azərbaycan cüdoçusu Buyankişiq Purevsuren dünya çempionatında mübarizəni erkən dayandırıb
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında 52 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edən Buyankişiq Purevsuren 1/32 final mərhələsində Böyük Britaniya cüdoçusu Çelsi Giles ilə üz-üzə gəlib.
Frame.az xəbər verir ki, qadın cüdoçumuz rəqibinə məğlub olaraq dünya çempionatında mübarizəni erkən dayandırıb.
Xatırladaq ki, bu gün kişi cüdoçular 66 kiloqram çəki dərəcəsində yarışırlar. Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə 1/32 final mərhələsində misirli Mohamed Abdelmavqudu məğlub edərək növbəti mərhələyə yüksəlib. O, 1/16 final mərhələsində braziliyalı Daniel Karqnin ilə qarşılaşacaq.