IqtisadiyyatTəqdimatƏn SonƏn Son

“Azərbaycan Dəmir Yolları” QSC-də Bakı Limanının əməkdaşları üçün təlimlər keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin təşkilatçılığı ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də sahə işçiləri üçün təlim keçirilib.

“Azərbaycan Dəmir Yolları”ndan Frame.az-a bildirilib ki, “Yol təsərrüfatının tikili və qurğuları” və “Lokomotivin təhlükəsiz idarə olunması və lokomotiv sürücüsünə siqnalvermə qaydaları” mövzusunda keçirilən təlimlərdə Limanda çalışan yol montyorları, maşinist və qatar tərtibatçıları iştirak edib.

Təlimin əsas məqsədi sahədə işləyən Liman əməkdaşlarının biliklərini çalışdıqları istiqamət üzrə təkmilləşdirmək, eləcə də onlara bu sahədə yeni praktik biliklər öyrətmək olub.

Hər iki mövzu üzrə təlimlər 7 gün davam edib və ümumilikdə təlimlərə 14 Liman əməkdaşı qatılıb. Təlimlərin sonunda iştirakçılara “Azərbaycan Dəmir Yolları” QSC-nin daxili sertifikatları təqdim edilib.

Qeyd edək ki, təlimlər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin sifarişi əsasında “Azərbaycan Dəmir Yolları” QSC-nin İnsan Resursları İdarəsinin Maarifləndirmə və İnkişaf Mərkəzi tərəfindən təşkil olunub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!