EventsMusiqiMədəniyyət

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun 95 illiyi qeyd olunacaq

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 95 illik yubileyi ilə əlaqədar dekabrın 17-də “Min bir gecə”, dekabrın 20-də isə “Sevil” operasının tamaşasını göstərəcəkdir.

Fikrət Əmirov Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biridir. O Azərbaycan və SSRİ-nin Xalq artisti, Sosial Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatıdır. Bəstəkar klassik musiqinin bir çox janrlarında – balet, opera, operetta, simfoniya  və s. dəyərli əsərlər yazıb yaratmışdır.

Görkəmli bəstəkarın “Min bir gecə” baleti və “Sevil” operası uzun illərdir ki, Opera və Balet Teatrının repertuarındadır və yaradıcı heyət bəstəkarın xatirəsini bu tamaşalarla yad edəcəkdir.

Dekabrın 17-də keçiriləcək “Min  bir gecə” baletində əsas rolları Əməkdar artist Makar Ferştandt (Şəhriyar), solistlər Cəmilə Kərimova (Şəhrizad), Leyla Narimanidze (Nuridə), Anar Mikayılov (Nuridənin sevimli qulu) ifa edəcəklər.

Dekabrın 20-də baş tutacaq “Sevil” operasında isə Azərbaycanın Xalq artisti Azər Zeynalov (Balaş), Əməkdar artistlər İlahə Əfəndiyeva (Sevil), Afaq Abbasova (Dilbər), Səbinə Vahabzadı (Gülüş), Cahangir Qurbanov (Atakişi), Əliəhməd İbrahimov (Babakişi) və b. çıxış edəcəklər.

“Min  bir gecə” baleti və “Sevil” operasının tamaşası görkəmli bəstəkar Fikrət Əmirovun 95 illiyinə həsr olunacaqdır.

Tamaşanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcəkdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!