IqtisadiyyatTurizmTəqdimat

Azərbaycan Dünya Səyahət və Turizm Şurasının rəsmi destinasiya tərəfdaşı seçilib

Azərbaycan Dünya Səyahət və Turizm Şurasının rəsmi destinasiya tərəfdaşı seçilib.

Bu haqda qərar Ümumdünya Səyahət və Turizm Şurasının noyabrın 1-də Ruandanın Kiqali şəhərində “Dayanıqlı gələcəyə körpülərin qurulması” mövzusunda keçirilən Qlobal Sammitində qəbul edilib.

Noyabrın 3-dək davam edəcək sammitdə ölkəmizi Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Tədbir çərçivəsində Fuad Nağıyevlə Dünya Səyahət və Turizm Şurasının prezidenti və baş icraçı direktoru xanım Culiya Simpsonla görüş keçirilib, yeni turizm destinasiyası kimi ölkəmizin tanıdılması, turizmin inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

Eləcə də tədbir zamanı “Qlobal Liderlər Dialoqu” görüşündə bir sıra ölkələrin turizm nazirləri və turizm üzrə səlahiyyətli şəxsləri ilə görüşlər keçirilib, cari turizm tendensiyaları üzrə fikir mübadiləsi aparılıb.

Azərbaycan tərəfdaş ölkə olmaqla, həmçinin Dünya Səyahət və Turizm Şurasının hotellər üçün nəzərdə tutulan 12 əsas fəaliyyət istiqamətini özündə birləşdirən “Dayanıqlı Əsaslar” üzrə proqramına da üzv olub.

Dünya üzrə qlobal səyahət və turizm şəbəkəsi kimi Dünya Səyahət və Turizm Şurası 1990-cı ildən fəaliyyətə başlayaraq dünya turizmi üzrə dövlət və özəl sektor təmsilçilərini bir araya toplayan və tərəfdaşlığı təmin edən əsas platformalardan biri hesab olunur.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!