IqtisadiyyatTurizmTəqdimat

Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin iclası keçirilib

Noyabrın 18-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyətinin iclası keçirilib. İclasda Konfederasiyanın 2022-ci ilin 9 ayı üzrə fəaliyyətinin hesabatı dinlənilib və gündəlikdə duran digər məsələlər müzakirə edilib.

İclası Konfederasiyanın prezidenti Məmməd Musayev açaraq, hər il noyabrın üçüncü həftəsinin bütün dünyada, eləcə də Azərbaycanda Qlobal Sahibkarlıq həftəsi kimi qeyd olunduğunu və ASK-nın bu həftə ərzində silsilə tədbirlər keçirdiyini qeyd edib.

M.Musayev hazırda işğaldan azad olunmuş ərazilərdə möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə aparılan sürətli quruculuq işlərini qeyd edərək, Qarabağın dirçəldilməsində  sahibkarların üzərinə düşən vəzifələrə də toxunub.

Beynəlxalq və regional iqtisadi forumlarda ölkəmizin təmsil olunması və  Azərbaycan məhsullarının xaricdə tanıdılmasında təşviq mexanizmlərinin artırılmasının əhəmiyyətini vurğulayıb. M.Musayev Türk Ticarət və Sənaye Palatası ilə birlikdə görülən işlərin daha intensiv və planlı şəkildə həyata keçirildiyini və Türk Dövlətləri Təşkilatının İnvestisiya Fondunun təsis edilməsinin böyük uğurlardan biri olduğunu söyləyib.

Hesabatla bağlı təqdimatla çıxış edən Konfederasiyanın Baş katibi Kristina Məmmədova   bildirib ki, sahibkarların hüquqlarının müdafiəsi, dövlət-özəl dialoqunun qurulmasında göstərilən fəaliyyətlər artıb. Belə ki, 2022-ci ilin üç rübü ərzində Kofederasiya tərəfindən dövlət orqanları ilə sahibkarlar arasında müxtəlif mövzuları əhatə edən görüşlər və tədbirlər keçirilib, müxtəlif sektorları təmsil edən komissiyalardan daxil olan müraciətlər əsasında hökumətə təkliflər təqdim edilib.

2022-ci ildə Azərbaycan Sahibkarlar Konfederasiyası rayon sahibkarları arasında təmsilçiliyi genişləndirərək, ümumilikdə 52 rayonda nümayəndə strukturu formalaşdırmış və bununla da dövlət-özəl dialoqunda region sahibkarlarının fəallığını yüksəltməyə nail olub. Bununla yanaşı, Azərbaycan məhsullarının xarici ölkələrdə təbliği, investisiya mühitinin təşviq edilməsi, xaricdə çalışan iş adamlarımızla əlaqələrin qurulması üçün Azərbaycan Sahibkarlar Konfederasiyası təmsilçilik fəaliyyətini genişləndirib. Hazırda 26 xarici ölkədə Konfederasiyanın 22 nümayəndəsi fəaliyyət göstərir.

Baş katibin müavini Xəqan Hümmətzadə icra müddəti başa çatmaqda olan 2020-2022-ci illər üzrə Baş Kollektiv Saziş ilə bağlı çıxış edib. O, həmçinin üçtərəfli komissiyanın, əməkdaşlıq şuralarının fəaliyyəti, dövlət-özəl dialoqunun nəticələrinə toxunub. Qarşıdakı üç il üçün yeni Baş Kollektiv Sazişin hazırlanmasında sahibkarların maraqlarının nəzərə alınması ilə bağlı təkliflərin toplandığını qeyd edib.

İclasda vitse-prezidentlər və Rəyasət Heyətinin üzvləri çıxış ediblər.

Hesabat Rəyasət Heyətində səsə qoyularaq qəbul edilib.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!