EventsTəqdimat

Azərbaycan Xalça Muzeyi ilə İCOC-un İcraiyyə Şurası arasında əməkdaşlıq protokolu imzalanıb

Noyabrın 22-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şərq Xalçaları üzrə Beynəlxalq Konfransının (İCOC) İcraiyyə Şurasının akademik komitəsinin sədri Alberto Boralev və Böyük Britaniyanın nüfuzlu “Hali” jurnalının baş redaktoru Ben Evans ilə görüşüb.
Nazirlikdən bildirilib ki, görüşdə Ə.Qarayev 2017-ci ilin oktyabrında V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakışəhərində keçirilməsi ilə bağlı ölkə başçısının müvafiq Sərəncamı haqqında danışaraq, xalqımızın qədim xalçaçılıq sənətinin geniş miqyasda tanıdılmasında bu beynəlxalq tədbirin əhəmiyyətini xüsusi qeyd edib. Bu nüfuzlu tədbirin təşkili üçün nümayəndə heyətinin ölkəmizə səfəri və gələcək əməkdaşlıq yüksək qiymətləndirilib.
Eyni zamanda, vurğulanıb ki, Azərbaycan xalçası və xalq tətbiqi sənəti dünya mədəniyyətinin nailiyyətlərindən biri kimi UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib.
“Hali” jurnalının baş redaktoru Ben Evans Azərbaycanın misilsiz mədəni sərvətləri sırasında xalçaçılığın özünəməxsus yer tutması barədə məlumatlı olduğunu qeyd edib.
İCOC-un İcraiyyə Şurasının akademik komitəsinin sədri Alberto Boralev isə öz növbəsində V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun yüksək səviyyədə təşkil olunması üçün rəhbərlik etdiyi təşkilat tərəfindən dəstək göstəriləcəyini bildirib.
Sonda Azərbaycan Xalça Muzeyi ilə Şərq Xalçaları üzrə Beynəlxalq Konfransının İcraiyyə Şurası arasında əməkdaşlıq protokolu imzalanıb. 15193519_1510617615621058_6028329550823146522_nFrame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!