Azərbaycanda 940 minə yaxın vətəndaş koronavirus əleyhinə peyvəndin birinci dozasını qəbul edib
Aprelin 26-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 365 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 362, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 3 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 423 min 660-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 939 min 460, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 484 min 200 nəfərdir.