Mobil dünyaTəqdimatƏn SonƏn Son

Azərbaycanda GPON tarifləri üzrə internetin sürəti artır

Daima əlçatanlığı və sərfəliliyi artıran, xidmət və məhsullarını inkişaf etdirən “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC internetin sürətini artırır.

Belə ki, qurumlar iyunun 1-dən etibarən qiymətləri sabit saxlamaqla GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan 30 Mbit/s internet sürətini 40 Mbit/s-ə, 50 Mbit/s internet sürətini isə 60 Mbit/s-ə qədər artıracaq.

Bu addım ölkəmizdə dünya trendləri ilə ayaqlaşma və əhalinin yüksəksürətli internetə olan tələbatında artım tendensiyasını nəzərə alaraq, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və müştəri məmnuniyyətinin qorunması məqsədi daşıyır. Sözügedən yenilik nəticəsində müştərilərimiz üçün daha sürətli internet əlçatan olacaq.

Qeyd edək ki, “Aztelekom” və “Baktelecom” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin əsas tərəfdaşlarındandır.

Layihə çərçivəsində ölkə ərazisində bütün ev təsərrüfatı və biznes subyektlərinin GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə minimum sürəti 35 Mbit/s olan genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır.

Azərbaycanda ümumilikdə 2,29 milyona yaxın ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı təmin edilib. Bu da ölkədə olan təsərrüfatların 78%-ni təşkil edir. Bakı şəhərində isə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 90,2%-nə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradılıb.

Görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.

№ Yeni sürət “Aztelekom” GPON xidmətləri Qiymət

1 40 Mbit/s İnternet

İnternet + telefoniya

İnternet + Rəqəmsal TV

İnternet + Rəqəmsal TV + telefoniya 18 AZN

21 AZN

24 AZN

27 AZN

2 60 Mbit/s İnternet

İnternet + telefoniya

İnternet + Rəqəmsal TV

İnternet + Rəqəmsal TV + telefoniya 26 AZN

29 AZN

32 AZN

35 AZN

№ Yeni sürət “Baktelecom” GPON xidmətləri Qiymət

1 40 Mbit/s İnternet

İnternet + telefoniya

İnternet + Rəqəmsal TV

İnternet + Rəqəmsal TV + telefoniya 18 AZN

21 AZN

26 AZN

29 AZN

2 60 Mbit/s İnternet

İnternet + telefoniya

İnternet + Rəqəmsal TV

İnternet + Rəqəmsal TV + telefoniya 26 AZN

29 AZN

34 AZN

37 AZN

 

 

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!