Azərbaycanda koronavirus infeksiyasına 530 yoluxma faktı qeydə alınıb, daha 101 nəfər sağalıb
Azərbaycan Respublikasında koronavirus infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, daha 101 nəfər sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 43 min 280 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 671 nəfər müalicə olunaraq sağalıb, 619 nəfər vəfat edib. Aktiv xəstə sayı 2990 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 201 min 924 test aparılıb. Bugünkü test sayı isə 8054-dür.