Azərbaycanda koronavirusa 371 yeni yoluxma faktı qeydə alınıb
Azərbaycan Respublikasında koronavirus infeksiyasından 892 nəfər müalicə olunaraq sağalıb, 371 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 327 min 87 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 307 min 11 nəfər müalicə olunaraq sağalıb, 4698 nəfər vəfat edib. Aktiv xəstə sayı 15378 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 337 min 931 test aparılıb. Bugünkü test sayı isə 6946-dür.