Azərbaycanda “Yeni Nəsil” gənc sahibkarlara dəstək layihəsinə start verilib
Azərbaycan Gənclər və İdman Nazirliyi və “Coca-Cola”şirkətinindəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) reallaşdırdığı “Youth Inc.” sahibkarlıq proqramı çərçivəsində “New Generation” (“Yeni Nəsil”) gənc sahibkarlara dəstək layihəsinə start verilib.
Tədbirdə Azərbaycanın gənclər və idman nazirinin müaviniİntiqam Babayev, “Coca-Cola” şirkətinin Qafqaz ölkələri üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya meneceri Elşad Fərzəliyev, DVC-ninsədri Ələkbər Mustafayev, həmçinin proqramın tərəfdaş təşkilatları və media nümayəndələri iştirak ediblər.
“New Generation” gənc sahibkarlara dəstək layihəsi “Youth Inc.” proqramı çərçivəsində 2018-ci ildə həyata keçirilməyə başlayacaq və ölkə miqyasında 4 iqtisadi regionu əhatə edəcək. Layihənin əsas məqsədi ölkə ərazisində gəncləri sahibkarlığa cəlb həvəsəndirmək və mövcüd biznes ideyaları daha da inkişaf etdirərək startap ekosisteminə qoşmaqdır. 1 il davam edəcək layihə Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi regionlarında icra olunacaq. “Youth Inc.” proqramı çərçivəsində həyata keçirilən bu layihədə ümumilikdə 2000 gənciniştirakı nəzərdə tutulub.
Layihəyə qoşulan gənc sahibkarlar ümumilikdə 4 mərhələdən keçəcək. İlk mərhələdə əhatə edilən iqtisadi zonalarda ümumi 2000 nəfərin müraciəti dəyərləndirildikdən sonra toplanacaq və seçilmiş layihə sahibləri maliyyə savadlılıqlarını və biznes biliklərini artırmaq üçün müvafiq təlimlərdənkeçəcəklər.2-ci mərhələdə təlimlər sessiyasını uğurla yekunlaşdırmış gənclər arasından ən uğurlu 1000 gənc seçiləcək və öz biznes planlarını hazırlayaraq təqdim edəcək. 3-cü mərhələyə keçid şansı əldə etmiş startapçılar arasından 100 nəfər investisiya və mentor dəstəyi qazanacaq. 6 ay davam edəcək mentor dəstəyi ilə gənclər öz biznes ideyalarını inkişaf etdirərək 4-cü mərhələyə hazırlaşacaqlar. 6 ay ərzində startapçılar təcrübəli mentorlarlaçalışacaq və mentorların dəstəyi ilə komandaların ilkin variantda məhsul və xidmətlərin yaradılması üzərində işləyəcəklər. Yekun mərhələdə 20 uğurlu startap komandası layihələrinin inkişafı məqsədilə biznes inkubasiya və kovörkinq mərkəzlərinə yönəldiləcək. Davamında isə növbəti investisiya şansını əldə etmək üçün netvörkinq və investor günlərində iştirak edəcəklər.
Açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycan Prezidenti İlham Əliyevin sahibkarlıq və biznes sahəsinə olan dəstəyindən, həmçinin iqtisadiyyat sahəsi üçün islahatlarından danışıb. Nazir müavini “Youth Inc.” proqramının və Biznes İnkubasiya Mərkəzinin fəaliyyətindən söz açaraq start götürmüş “Yeni Nəsil” layihəsi haqqında fikirlərini bildirib və qarşıdakı 1 il ərzində layihə heyətinə və əhatə ediləcək 2000 gəncə uğurlar arzulayıb.
Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov isə öz çıxışında son günlərdə ölkədə keçirilən sahibkarlıq ekosisteminə dəstək göstərən layihələrdən bəhs edərək “Youth Inc.” sahibkarlıq proqramının təşəbbüsü ilə həyata keçirilən bu layihənin də təqdirəlayiq olduğunu bildirib. Çıxışınında davamında isə o, layihənin 4-cü mərhələsində nəzərdə tutulan netvörkinq və investor görüşləri haqqında Gənclər Fondunun da iştirakı üçün maraqlı olduqlarını bildirib və layihənin müəyyən mərhələsində Gənclər Fondunun nəzərdə tutulan dəstəyindən söz açıb.
Öz növbəsində “Coca-Cola” şirkətinin Qafqaz ölkələri üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya meneceri Elşad Fərzəliyev bildirib: «“Coca-Cola” olaraq fəaliyyət göstərdiyimiz bütün ölkələrdə cəmiyyətin rifahının yaxşılaşdırılması, iqtisadi yüksəlişə töhfə vermək, eləcə də gəncləri biznes fəaliyyətinə həvəsləndirmək başlıca prioritetlərimizdəndir. 2015-ci ildə əsası qoyulmuş “Youth Inc.” Biznes İnkubasiya Mərkəzinin yeni layihəsinin regionda yaşayan gəncləri dəəhatə edərək, onların sahibkarlıq ideyalarının dəstəkləməsindən böyük məmnuniyyət duyur və gələcək fəaliyyətində uğurlar arzu edirik”.
DVC-nin Ələkbər Mustafayev çıxışında təşkilatın startap ekosisteminə dəstək üçün olan fəaliyyətindən, beynəlxalq əlaqələrdən söz açıb. O, həmçinin, “Yeni Nəsil” layihəsinin məqsədləri, hədəfləri, cari və gələcək fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib, layihə çərçivəsində əhatə olunacaq 4 iqtisadi-region və bu regionlarda əsasən gənclərin sahibkarlığının inkişafına yönəlmiş fəaliyyətindən danışıb.
Tədbirdə “Youth Inc.” Biznes İnkubasiya Mərkəzinin 2015-2018-ci illərdə ən uğurlu startapçıları öz layihələrini təqdim etmiş və yekunda diplomla mükafatlandırıllb.
Layihə haqqında ətraflı məlumat: www.ng.youthinc.az/apply.
Frame.az