Azərbaycanın gözəl və istedadlı xanımları model oldular-FOTO-lar
“Excelsior Hotel & Spa Baku” otelində Baku Fashion Nights moda layihəsinin nümayişi keçirildi. Tədbir çərçivəsində Azərbaycan dizaynerlərinin Yeni il qabağı Fashion Bazaar yarmarkası keçirildi. Baku Fashion Nights tədbiri 2014-cü ildən başlayaraq ildə iki dəfə keçirilir və Azərbaycan dizaynerlərini birləşdirən, həmçinin ölkənin moda sənaesində yeni adları tanıdan böyük layihədir.
Tədbir çərçivəsində Yeni il qabağı Fashion Bazaar satış yarmarkası keçirildi, yarmarkada qonaqlar özlərinə Azərbaycan dizaynerlərindən geyim, aksesuar və bəzək əşyaları əldə edə bildilər. Tədbir Yeni il qabağı əhval ruhiyyəsində keçirildi və qonaqlara maraqlı proqram təqdim olundu. Azərbaycanın gözəl və bacarıqlı xanımları da bu tədbirdə model oldular. Möhtəşəm tədbirdən fotoları sizlərə təqdim edirik.
Fotolar Ruslan Məmmədova məxsusdur. Frame.az