IdmanTəqdimat

Azərbaycanın iki güləşçisi dünya çempionu oldu

Azərbaycanın iki yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından bildirilib ki, 45 kiloqram çəki dərəcəsində Turan Daşdəmirov və 60 kiloqram çəki dərəcəsində Roman Kərimov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

T.Daşdəmirov finalda rusiyalı Rüstəm Abatsiyevə xalların keyfiyyətinə (4:4) görə qalib gələrək dünya çempionu olub. R.Kərimov isə həlledici görüşdə gürcüstanlı Saba Surmanidzeni məğlub edib.

Çempionatda 92 kiloqram çəki dərəcəsində mübarizə aparan Mikayıl İsmayılov isə bürünc medal uğrunda qarşılaşmada iranlı Əliəkbər Aşgarivaladidən güclü olub – 3:1.

Daha əvvəl yunan-Roma güləşçilərindən Yusif Əhmədli (65 kq) mundialı gümüş medalla başa vurub.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!