EventsTəqdimat

“Azərbaycanın mədəni sərvəti” layihəsi

Cari ilin 24 oktyabr – 1 noyabr tarixlərində Azərbaycan Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində parça, tikmə və milli geyimlərin bərpası üzrə mühazirələr və ustad dərslər təşkil olunacaq. Dərslər Almaniyanın Drezden Dövlət İncəsənət Kolleksiyasının parça, tikmə və geyim üzrə bərpaçı-mütəxəssisi Kristina Müller-Radloff tərəfindən keçiriləcək. Xanım Müller-Radloff 1982-2009-cu illərdə Leypsiq Etnoqrafiya Muzeyində, 2010-cu ildən etibarən Drezden Dövlət İncəsənət Kolleksiyasında tekstsil konservatoru vəzifəsində çalışır. O bir sıra təşkilat və müəssisələr tərəfindən keçirilmiş təlimlərdə iştirak etmişdir və dünyanın bütün qitələrindən olan tekstil kolleksiyalarının bərpası və konservasiyası ilə məşğuldur.
Parça, tikmə və milli geyimlərin bərpası “Azərbaycanın mədəni sərvəti” layihəsinin bir proqramıdır. Proqram YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın məqsədi bu sahə üzrə yeni kadrların yetişdirilməsi və muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılmasıdır.

Daha ətraflı məlumat:
www.azcarpetmuseum.com/
www.facebook.com/AzerbaycanXalcaMuzeyi/
Tel.(+99412) 497 20 16

14721505_1475252595824227_7010712596768237002_nFrame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!