IqtisadiyyatTurizmTəqdimat

Azərbaycanın turizm çarxını müsabiqədə birinci edək

Azərbaycan Turizm Bürosu Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CIFFT) tərəfindən həyata keçirilən müsabiqənin onlayn səsverməsində iştirak edir.

Azərbaycanın turizm potensialının təbliği və onun daha geniş kütləyə tanıdılması məqsədilə “BBC World News” üçün hazırlanmış “Azərbaycan: mədəniyyət və əyləncənin qovuşduğu yer” adlı videoçarx təşkilatın rəsmi veb-saytında “İnsanların seçimi” mükafatına namizədlər siyahısında yer alır.

Oktyabrın 20-dək davam edəcək müsabiqədə Azərbaycanı birinci etmək üçün https://bit.ly/AzerbaijanVote linkinə keçid edərək hər hansı qeydiyyat tələb olunmadan “Vote” yazısına klik edə bilərsiniz.

Qeyd edək ki, müsabiqədə 22 ölkədən 49 namizəd iştirak edir. Mükafatlandırma mərasimi Avstriyanın paytaxtı Vyanada keçirilir və ilin ən yaradıcı və innovativ səyahət videoları mükafatla təltif edilir.

Beynəlxalq Turizm Filmləri Festivalı Komitəsi (CIFFT) 1989-cu ildə yaradılıb.

Xatırladaq ki, 2019-cu ildə təşkilat tərəfindən keçirilən müsabiqədə Azərbaycanın tanıtım videoçarxı “İnsanların seçimi” nominasiyasının əsas mükafatı olan Qran-Pri mükafatına layiq görülüb.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!