Baku 2017

Azərbaycanlı ağır atletdən 5 yeni record!

“Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışlarında diqqətçəkən hadisə baş verib: 69 kq çəki dərəcəsində qadınların mübarizəsində Azərbaycan idmançısı Anastasiya İbrahimli birdən-birə 5 rekordu yeniləyib.

Frame.az xəbər verir ki, 69 kq çəkidə əsas mübarizə milli komandamızın iki üzvü – Fidan Hüseynzadə və Anastasiya İbrahimli arasında gedib. Anastasiya birdən qaldırmada 100, təkanla qaldırmada isə 119 kq ağırlığı ram edib. Yekunda 219 kq nəticə göstərən idmançımız Oyunların qalibi adını qazanıb. Bu nailiyyət zamanı Azərbaycan ağır atleti üst-üstə 5 rekordu yeniləyib.

Fidan Hüseynzadə isə birdən qaldırmada 69, təkanla isə 88, toplamda 157 kq nəticə ilə 7-ci yeri tutub.

Çəkisi 63 kq olan ağır atletlərin mübarizəsində iki idmançımız bacarığını nümayiş etdirib. Elnarə Abbasova birdən qaldırmada 82, təkanla 102 kq ağırlığın öhdəsindən gəlib və ümumilikdə 184 kq nəticə ilə komandamızın hesabına daha bir bürünc medal yazıb.

Firuzə İbrahimova isə 180 (80+100) kq nəticə göstərərk beşinci olub.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!