Azərbaycanlı modelyerin kolleksiyası Parisdə nümayiş etdirilib
Azərbaycanın Fransadakı səfirliyi və Azərbaycanın Dostları Assosiasiyasının (ADA) dəstəyi ilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Avstraliyada yaşayan azərbaycanlı modelyer Həcər Qalanın (Mme Challie brendi) kolleksiyası nümayiş etdirilib.
Azərbaycanın Dostları Assosiasiyasından bildiriblər ki, Paris moda həftəsi çərçivəsində “Fashion Glam Couture”-ün sədri Miryam Lariyerin (Myriam Larriere) təşkilatçılığı ilə keçirilən moda nümayişində assosiasiyanın prezidenti Jan-Fransua Mansel, Azərbaycanın Fransadakı səfirliyinin konsulu Zaur Fərhadov, Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva, bu ölkənin tanınmış aktyorları, incəsənət xadimləri, modelyerlər iştirak ediblər.
Həcər Qala 25 ildən artıqdır ki, Avstraliyada bu sǝnǝtlǝ mǝşǧul olur. Vətəndǝn uzaqda yaşamasına baxmayaraq, o, əl işlərini Azərbaycanın geyimlərinin zəngin çalarlarından, mədəni irsindən ilhamlanaraq yaradır. Azǝrbaycan milli geyimlərinin səciyyəvi elementlərindən, dekorativ tikmə növlərindǝn istifadǝ edǝn modelyer rǝngarǝng kolleksiyası ilǝ ölkəmizi dünyada təmsil edir.
Azərbaycan klassik musiqisinin sədaları altında keçirilǝn moda nümayişi tamaşaçıların rǝǧbǝtinǝ vǝ böyük marağına səbəb olub.
Frame.az