EventsMədəniyyətTəqdimatƏyləncə

Azad Şabanovun “33” adlı ilk solo konserti baş tutdu

33”- musiqinin müxtəlif harmoniyaları ilə dolu olan daxili duyğu dünyamı tanıyacağınız ilk solo konsertimdir”.

Bu sözləri Azad Şabanov mayın 29-da Azərbaycan Dövlət Akademik Filarmoniyasının Yay səhnəsində keçirilən konserti haqqında söylədi.

Qeyd etmək lazımdır ki illər idi bu səhnədə (Yay səhnəsində) heç bir estrada ifaçısı konsert etmirdi.   İllərin arzusun yerinə yetirən Azad, konsertin adınıda öz yaşı ilə əlaqələndirdi. 33 yaşlı Azad ilk konsertini elə “33” adlandırdı. 

Tam “sold out” ilə baş tutan konsertdə Azad yaradıcılıq boyu ifa etdiyi mahnılara yeni aranjimanda üz tutdu. 

Konsertdə ifaçının dillər əzbəri olan mahnıları, Azərbaycan klassik mahnılar, və həmçinin xarici estradadan olan mahnılar yer aldı.  Bundan başqa Azad səhnəni musiqiçi dostları Cavid Məmmədov (“Qarabağdan salam” mahnısı), Ceyhun Zeynalov (Jin) (“Dəniz” mahnısı)  və Aşıq Əli (“Ordubadi” mahnısı)  ilə paylaşdı. 

Ekranlarda göstərilən kiçik filmdə Əməkdar incəsənət xadimi, bəstəkar Vaqif Gərayzadə, vokal müəllimi,əfsanəvi “Karvan” qrupunun bədii rəhbəri Mikayıl Vəkilov,  bəstəkar Esmiralda Hüseynova, vokal prodüseri, bəstəkar İsmayıl Əsədovun Azad Şabanov haqqında fikirləri tamaşaçılar tərəfindən maraqla izlənildi. 

Müğənni səhnəni “Talant” rəqs qrupu ilə bölüşdü. Açıq səma altında, tamaşaçı üçün yeni səhnədə izlənilən konsert tamaşaçıların xatirində hələ çox qalacaq. 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!