Azadlıq heykəli nədən hazırlanıb?
Azadlıq heykəli – bir əsrdən çoxdur ki ABŞ-ın simvollarından biri hesab edilir. Lakin bu abidə barədə məlumatların çoxu həqiqəti əks etdirmir. Məqaləmizdə bu simvol barədə bəzi maraqlı faktları nəzərinizə çatdırmaq istərdik.
Öncə onu qeyd edək ki, bu abidə rəsmi olaraq belə adlanır – Dünyanı seyr edən Azadlıq. Manhattandan 3 kilometr cənub-qərbdə eyni adı daşıyan adada yerləşir. Uzun müddət bu ada Bellou adlanıb. Heykəl sağ əlində məşəl (onunla sanki dünyanı seyr edir), sol əlində isə ABŞ-ın Müstəqillik Deklarasiyasının bəyan edilmə tarixinin latın hərflərilə həkk edildiyi lövhəni tutub. Bir ayağı parçalanmış qandalları tapdalayır. Tacda yerləşən yeddi şüa dəniz və qitələri simvolizə edir. Bütün bunlarla yanaşı heykəlin hansı materialdan hazırlandığı maraq doğurur. İlk görünüşdən polad və ya daşdan hazırlandığı təəssüratı yaranır.
Lakin bu heç də belə deyil. Poladın miqdarı 125 ton təşkil edir. Heykəltəraşlar 31 ton misdən də istifadə ediblər. Bu mis heykəli 2.5 millimetrdən bir az çox qat ilə örtür. Lakin rəqəmlər və polad 27 min tona yaxın beton əsas yanında çox cılız görsənirlər. Nazik mis örtüklər polad karkas üzərindən bərkidilib. Fundamentlə və pyedestalla birlikdə abidənin hündürlüyü məşələ qədər 93 metrə çatır.
Abidə harada hazırlanıb?
ABŞ-ı simvolizə edən bu abidə əslində nə Amerikada, nə də qərb yarımkürəsində belə hazırlanıb.
Heykəlin müəllifi fransız Frederik Oqüst Bartoldidir. Əsas məqsəd isə ABŞ-ın 100 illik yubileyi münasibətilə bu ölkəyə hədiyyə etmək idi. Maraqlıdır ki, öncə bu abidəni Port-Saiddə quraşdıraraq ona “Asiya İşığı” adı vermək istəyirlər. Lakin Qahirə hakimiyyəti abidənin daşınması və quraşdırılmasına vəsait xərcləməkdən boyun qaçırır.
Fransa və Amerika razılıq əldə etdikdən sonra abidə və quraşdırılma işlərinin Paris, pyedestalın isə Vaşinqton tərəfindən maliyyələşəcəyi gözlənilirdi. Lakin okeanın hər iki tərəfində baş verən maliyyə çətinlikləri bu işi yubatmağa başladı.
Bu abidədən əlavə onun bir neçə surəti də mövcuddur. Parisin özündə 4 surət mövcuddur – məşəl yerinə fənər tutan qızıl suyuna salınmış bir abidə Sen-Sir-sür-Merdə yerləşir. Digər versiyalar da Las-Veqasın kazinolarından birində, Yaponiyada mövcuddur.
11 sentyabr faciəsindən sonra əsl Azadlıq heykəli ziyarətçilər üçün bağlandı. Hal-hazırda giriş açıq olsa da ora gələnlər hava limanlarında olduğu kimi hərtərəfli yoxlanılır. Bunun nəticəsi olaraq ABŞ-ın simvolu turistlər üçün dünyada ən təhlükəsiz yer hesab edilir.