Azerbaijan Fashion Week SS 2018 bir sıra yeniliklər vəd edir
Noyabrın 7-də Azerbaijan Fashion Week SS 2018-in mətbuat konfransı baş tutdu.
Konfransda dizaynerlərdən əlavə, moda ekspertləri və KİV nümayəndələri də iştirak etdi.
Qeyd edək ki, bu dəfə də Azərbaycan Moda Həftəsinin rəsmi meydançası və tərəfdaşı müasir Bakının simvolu olan Fairmoint Baku, Flame Towers olacaq. Üç gün ərzində fəsilin ən yaxşı kolleksiyaları və yeni cəsarətli dizayn ideyaları ilə tanış olma imkanına nail olacaqsınız.
Bu il sezonun süpriz qonaqları Oriental Fashion Show dizaynerləri olacaq. Oriental Fashion Show Parisdə yaradılan və bütün dünyaya Şərq dizaynerlərini təqdim edən unikal bir layihədir. Bu layihə çərçivəsində Azərbaycana üç dizayner təşrif buyuracaq.
Həmçinin 8-10 noyabr tarixlərində 15.00-21.00 saatlarında dəb həftəsi çərçivəsində Azərbaycan və xarici dizaynerlərin şourumları fəaliyyət göstərəcək.
Azerbaijan Fashion Week ildə iki dəfə may və noyabr aylarında keçirilir. Bu artıq altıncı fəsildir və tədbirlər Fashion Consulting Group şirkəti tərəfindən təşkil olunur, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Frame.az