FashionFrame Life

Azerbaijan Fashion Week-in yeni mövsümünə az qaldı

Azerbaijan Fashion Week 23-27 may tarixləri arasında Bakıda keçiriləcək beşinci yubiley Payız-Qış 2017/2018 mövsümünü elan etməkdə məmnunluq hissi duyur.

Bu mövsüm də tədbir paytaxtın ən orijinal məkanlarında baş tutacaq –Daş Salnamə Muzeyi və İçərişəhər tarixi qoruğu ərazisində. 

Belə ki, Milli Dəb Həftəsi təşkilatçılarının məqsədi həm yerli əhali, həm də sözügedən tədbiri Bakıda ənənəvi şəkildə ziyarət edən çoxsaylı qonaqların ölkəmizin milli dəyərlərinə olan marağını artırmaqdır.

Onu da qeyd edə ki, ötən mövsümlərdə Dəb həftəsi VOGUE, Elle, Buro 24/7, L’Officiel, TheNewYorkPost və s.kimi beynəlxalq nəşrlər tərəfindən yüksək şəkildə dəyərləndirilmişdir.

Dəb həftəsinin hər bir günü azərbaycanlı, həmçinin Fransa, Qazaxstan, Rusiya, Belarus, Gürcüstan və Ukraynanın tanınmış nümayəndələrindən ibarət əcnəbi dizaynerlərin parlaq nümayişləri ilə yaddaşlarda iz buraxacaq.

Tədbir çərçivəsində dəb, gözəllik və fashion-retail sənayesinin xadimləri, həmçinin maliyyə sektoru nümayəndələri, potensiallı investorları, yüngül və emal sənayesi malları istehsalçılarını bir araya toplayacaq yeni AzerbaijanFashionCounciltəşkilatının təqdimatı da baş tutacaq. Sözügedən mühüm forumdan əlavə dəb sənayesinin nümayəndələri ilə bir sıra müzakirələr (public-talk) təşkil olunacaq.

Layihə çərçivəsində Dəb Həftəsinin daimi tərəfdaşı Collezione Italia Baku interyer əşyaları, tətbiqi incəsənət və s. dizaynerlərinin iştirak edəcəyi Dizayn Həftəsini təqdim edəcək.

Ənənəvi olaraq AFW zamanı şourum da fəaliyyət göstərəcək və qonaqlar həm nümayişdə göstəriləcək, həm də digər geyimləri dizaynerlərin özlərindən əldə edə biləcəklər. Fashion-retail biznesinin nümayəndələri dizaynerlərləşəxsən tanış olmaq, sifariş və əməkdaşlıq haqda danışıqlar aparmaq imkanı qazanacaqlar.

Və ənənəyə sadiq qalaraq, Dəb Həftəsinin hər günü dizaynerlər, modellər, blogerlər və sadəcə olaraq dəb həvəskarlarının iştirak edəcəyi çılğın partilərlə yekunlaşacaq.AfterpartyAFWVKLYBE.TVdəstəyi ilə PasificoLounge&Dining,Eleven, FloorTwo,MAYAMexicanRestaurant&Bar, LaVidaTequilaBarkimiməkanlardabaştutacaq.

Tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər”Dövlət Tarixi-Memarlıq Qoruğu idarəsinin dəstəyi ilə keçirilir.

Azerbaijan Fashion Week tədbirində sponsor, dizayner və könüllü qismində iştirak etmək üçün müraciətlər info@afw.az elektron ünvanı vasitəsi ilə qəbul olunur. 

Ümumi məlumat:

AzerbaijanFashionWeek ildə iki dəfə keçirilir: may və noyabr aylarında.İlk dörd mövsüm çərçivəsində Fransa, İspaniya, Türkiyə, Rusiya, Ukrayna, Qazaxstan, Gürcüstan və Latviya olmaqla məşhur dizaynerlərin 60-dan çox dəb nümayişi baş tutmuşdur.

Azərbaycan Dəb Həftəsinin əsas məqsədi inkişaf etməkdə olan dəb sənayesinin Azərbyacandatanınmasına və istedadlı dizaynerlərə əl işlərini nümayiş etdirmək üçün şəraitin yaradılmasına yönəlmişdir.

Tədbirdə dəb sənayesi üzrə beynəlxalq mütəxəssislər, həmçinin dəb pərəkəndə şəbəkəsi və mağazaları alıcıları (bayerləri), beynəlxalq və yerli parlaq jurnalların nümayəndələri iştirak edirlər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!