IqtisadiyyatMobil dünyaTurizmTəqdimat

Azercell Biznes ölkənin kənd təsərrüfatı sahəsinə müasir texnologiyalar gətirir

Lider mobil operator “Suvarmaya nəzarət sistemi” həllini təqdim edir

Müasir texnologiyaların tətbiqi ilə ölkədə kənd təsərrüfatının inkişafına töhfə verən Azercell Biznes suvarma sistemləri üçün IOT tipli (Əşyaların İnterneti) innovativ həll təqdim edir. Şirkətin yeni “Suvarmaya nəzarət sistemi” həlli böyük sahələrin suvarma prosesini avtomatik rejimdə uzaqdan idarə etməyə imkan verir. 

Azercell-in yeni aqro həlli suvarma prosesini asanlaşdırmaqla yanaşı, sahibkarlara əlavə xərclərdən azad olmağa, əməliyyat vaxtına qənaət etməyə dəstək olacaq. Eyni zamanda, innovativ həll avtomatlaşdırılmış idarəetmə proseslərindən faydalanaraq daha çox məhsulun hasilatına və ən əsası, su resurslarından  səmərəli istifadə istiqamətində effektiv nəzarətə şərait yaradacaq.

Həm veb, həm də mobil tətbiq vasitəsilə istifadəsi mümkün olan bu həll qurğuların elektrik təchizatına, kəsintisiz çalışmasına, vaxtlı-vaxtında işə salınmasına və dayandırılmasına, həmçinin suvarma istiqamətinə məsafədən nəzarət etməyə imkan verir. Bundan əlavə, tətbiq suvarma sisteminin əsas idarəetmə kabelinin mühafizəsini təmin edir və sistemə kənar müdaxilə cəhdləri barədə istifadəçini məlumatlandırır. 

Qeyd edək ki, Azercell Biznes tərəfindən təqdim edilən yeni həll Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində kənd təsərrüfatının təkmilləşməsi və rəqəmsallaşmasına öz töhfəsini verəcək. Ölkədə mobil rabitə operatoru tərəfindən ilk dəfə istifadəyə verilən bu həll dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, təmiz ətraf mühit və “yaşıl artım ölkəsi” strateji çərçivələri həyata keçirməyə dəstək olacaq. 

Azercell-in “Suvarmaya nəzarət sistemi” yeni aqro həlli haqqında daha ətraflı məlumat üçün https://www.azercell.com/az/corporate/iot/suvarmaya-nezaret-sistemi.html səhifəsinə müraciət edin.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!