Azercell ilə TikTok indi daha əlçatandır!

Lider mobil operator yeni “TikTok internet paketi”ni təqdim edib

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC dünyada 800 milyondan çox istifadəçinin rəğbətini qazanan “TikTok” sosial şəbəkəsinin pərəstişkarlarını sevindirir. Mobil operator son zamanlar sosial mediada rezonans yaradan “TikTok” üçün xüsusi internet paketi istifadəyə verib. Fevralın 23-dən martın 31-dək yeni paket çərçivəsində 1GB həcmində interneti cəmi 2 AZN-ə təklif edən “Azercell” gənc nəslin sevimlisi olan “TikTok” tətbiqini müştərilər üçün daha da əlçatan edib.

Populyar musiqi və filtrlərdən istifadə edərək qısa videolar yaratmağa və paylaşmağa imkan verən “TikTok”dan endirimli qiymətlərlə yararlanmaq üçün “T” açar sözünü 2525 qısa nömrəsinə göndərmək kifayətdir.

Qeyd edək ki, “TikTok internet paketi”ni yalnız “Azercell”in aylıq internet paketlərinə abunə olan müştərilər sifariş edə bilərlər.

Sevdiyiniz sosial şəbəkədən əlverişli şərtlərlə yararlanmağa tələsin!

“Azercell”in aylıq internet paketləri haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/plans-and-services/internet-pack/monthly.html , “TikTok internet paketi” haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/internet/tiktok-data-pack.html  səhifəsinə keçid etməyiniz xahiş olunur.

Daha ətraflı məlumat üçün “news@mcs.az” ünvanına müraciət edə bilərsiniz.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: