“Azercell” “iPhone 12 Pro Max” və “iPhone 12 Mini”nin satışlarına başlayıb
“Azercell Telekom” MMC “Azercell Eksklüziv” mağazalarında “iPhone 12 Pro Max” və “iPhone 12 Mini” telefonlarının satışına start verib.
Şirkətdən Frame.az-a verilən məlumata görə, “Apple” brendi ilə birgə əməkdaşlıqda abunəçilərini növbəti kampaniya ilə sevindirən “Azercell” şirkəti “iPhone” smartfonlarının yeni modellərini alan hər bir abunəçiyə 3 ay ərzində hər ay 50 GB həcmində internet paket hədiyyə edir.
Xatırladaq ki, Azərbaycanda “Apple” şirkətinin yeganə rəsmi telekommunikasiya tərəfdaşı olan “Azercell”, noyabr ayının 6-dan etibarən eyni şərtlər ilə “iPhone 12” və “iPhone 12 Pro” telefonlarının da satışına başlayıb.
Qeyd edək ki, “iPhone 12 Pro Max”ın minimal qiyməti 3 099 manata, “iPhone 12 Mini”nin isə 1 969 manat təşkil edir.
Əlavə məlumat: https://www.azercell.com/az/personal/devices/iPhone12ProMax/.
Ülviyyə Ədalətqızı