Azercell növbəti dəfə “Socially devoted” sertifikatına layiq görülüb
Telekommunikasiya bazarında liderliyini qoruyan Azercell, müştəri xidmətləri sahəsində də innovativ ideya və həll yolları ilə hər zaman seçilir. 2018-ci ilin IV rübündə Azercell-in sosial şəbəkədə göstərdiyi aktivliyi “Socialbakers” şirkəti tərəfindən dəyərləndirilib və Azercell “Socially devoted” sertifikatına layiq görülüb. Beləliklə, “Socialbakers” şirkətinin apardığı araşdırmaya əsasən, Azercell rəsmi Facebook səhifəsində istifadəçilərin ünvanlandırdığı sualları operativ şəkildə cavablandıraraq, 99% nəticə əldə edib. Nəzərinizə çatdıraq ki, 2012-ci ildə “Facebook” səhifəsində nümayiş etdirdiyi fəaliyyətə görə, Azercell ölkədə “Socially devoted” adına layiq görülmüş ilk mobil operator olub.
Qeyd edək ki, “Azercell Telecom” MMCölkəmizdə sosial şəbəkələrdə rəsmi səhifə və onlayn rejimdə çalışan müştəri xidmətləri yaradan ilk mobil operatordur. Bu yeniliklərin tətbiqində şirkətin məqsədi abunəçilərlə daha sıx əlaqənin qurulması, onlara tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərlərinoperativ çatdırılmasıdır. Hazırda Azercell abunəçiləri Facebook, Twitter, Disput.Az, Google+, YouTube və Instagram sosial şəbəkələrinin imkanları vasitəsilə yüksək keyfiyyətli xidmətdən yararlana bilir. Sosial şəbəkələrdə abunəçilər şirkətlə əlaqə qurub, ən qısa zamanda ehtiyacı olan məlumatları əldə edib və müraciətlərinin həllini tapma imkanına malikdirlər.
Frame.az