IqtisadiyyatMobil dünyaPR-TanıtımTəqdimat

“Azercell Telekom” MMC Goranboy şəhərində yeni Eksklüziv mağazasını istifadəyə təqdim edib

Abunəçilərinə ən qabaqçıl müştəri təcrübəsi yaşatmağı hədəfləyən ölkənin telekommunikasiya bazarının lideri “Azercell Telekom” MMC yeni konsepsiyalı Eksklüziv mağazalarını ölkə boyu genişləndirməyə davam edir. Bu dəfə AzercellGoranboy şəhəri, Heydər Əliyev prospekti 10 ünvanında yerləşən yeni Eksklüziv mağazasını abunəçilərinin istifadəsinə təqdim edib. Bu münasibətlə əlaqədar şirkət yeni mağazanın müştərilərini xüsusi kampaniya ilə sevindirir. Belə ki, avqust ayının 27-dən etibarən 7 gün ərzində, Goranboy Eksklüziv mağazasından smartfon alan hər kəs 150 AZN-dək hədiyyə balansı əldə edəcək.

Azercell-in yeni Eksklüziv mağazası ən müasir avadanlıqla təchiz olunaraq, Nordik konsepsiyasına uyğun şəkildə təşkil edilib. Bu mağazalarda abunəçilər ən son texnoloji yenilikləri dəstəkləyən məhsulları sınaqdan keçirə və müqayisə edə bilərlər. Peşəkar satıcılar müştərilərə düzgün seçim etmək, xidmətləri aktivləşdirmək və digər məsələlərdə yardım edir. Həmçinin mağazada mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuralar, cihazlar, kredit və ya nağd şəkildə mobil telefonlarəldə etmək mümkündür.

Goranboy Eksklüziv mağazası, Bazar ertəsi – Şənbə 09:00 – 20:00 (fasiləsiz), Bazar günü 09:00 – 19:00 (fasiləsiz) abunəçilərə xidmət göstərir. Beləliklə, ölkə boyunca artıq 23Azercell Eksklüziv mağazası fəaliyyət göstərir.

Frame.az

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!