SosialTəqdimatƏn SonƏn Son

“AzerGold” QSC-nin kollektivi şəhid Muxtar Qasımlının xatirəsini yad edib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Vətən müharibəsində şəhid olmuş əməkdaşı Muxtar Qasımlının şəhadətinin 3-cü ildönümündə məzarı ziyarət edilib.

QSC-dən Frame.az-a bildirilib ki, ziyarətdə iştirak edən Cəmiyyətin rəhbərliyi və kollektivi Muxtar Qasımlının əziz xatirəsinə sonsuz ehtiramını bildirib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüb.

“AzerGold” QSC-də Mühafizə xidmətində çalışmış Muxtar Qasımlı

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti kimi 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı ordu sıralarına yazılaraq, Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il oktyabrın 2-də ağır döyüşlərin getdiyi Alxanlı kəndində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb.

Baş leytenant Muxtar Qasımlı Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, Muxtar Qasımlı ilə yanaşı, “AzerGold” QSC-nin Vətən müharibəsində iştirak etmiş daha bir əməkdaşı – Rauf Əsgərov da Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb.

“AzerGold” QSC Vətən müharibəsində şəhid olan bütün hərbçilərimizi qürurla anır, onların əziz xatirələrinə hörmət və ehtiramını bildirir.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!