“AzerGold” tərəfindən 2000-ci xəlitə istehsal edilib
AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 2000-ci xəlitə istehsal edilib.
QSC-dən bildirilib ki, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) emal edilmiş qızıl və gümüş tərkibli xəlitənin çəkisi 21 kiloqramdır. Xəlitənin növbəti mərhələdə 999.9 əyarda saflaşdırılması və dünya birjasında satışı nəzərdə tutulub.
Qeyd edək ki, “AzerGold” QSC tərəfindən ilk xəlitə tökümü 2016-cı il oktyabrın 13-də həyata keçirilib. QSC hazırda Daşkəsən və Göygöl rayonlarında yerləşən mədənlərdən qiymətli metal filizlərinin hasilatını, ÇİRES-də isə emalını həyata keçirir.
Xatırladaq ki, bu günədək Səhmdar Cəmiyyət tərəfindən hasil edilmiş 402 min unsiya qızıl, 761 min unsiya gümüşün dünya birjasında satışı nəticəsində ölkə iqtisadiyyatına ümumilikdə 1 milyard 137 milyon manatdan çox vəsait cəlb edilib.