IqtisadiyyatTurizmTəqdimat

“AzerGold”un yeni istiqrazlarının ilk faiz ödənişi olub

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni istiqrazlarının ilk rüblük faiz ödənişi həyata keçirilib. Ümumilikdə 300 min dollar həcmində vəsait istiqraz sahibləri arasında bölüşdürülüb.

“AzerGold”-dan bildirilib ki, ölkəmizin qiymətli kağızlar bazarının inkişafına, vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanı yaratmağa xidmət edən “AzerGold” istiqrazlarının nominal dəyəri 100 dollar, tədavül müddəti 3 il, ümumi dəyəri 20,000,000 (iyirmi milyon) dollardır. Yeni istiqrazlar illik 6 faiz kupon dərəcəsi ilə emissiya edilib.

Xatırladaq ki, “AzerGold” QSC tərəfindən istiqrazlar ilk dəfə 2020-ci ildə Bakı Fond Birjasında hərrac üsulu ilə kütləvi ticarətə buraxılıb. “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin anderrayter qismində çıxış etdiyi “AzerGold” istiqrazları 3 illik tədavül müddəti ərzində investorlara 2,400,000 dollar məbləğində faiz gəlirləri qazandırıb.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!