FinansIqtisadiyyatTurizmTəqdimat

“AZSIĞORTA” ASC-də yeni təyinat

Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən İqbal Nəbi oğlu Rüstəmov “AZSIĞORTA” ASC-nin Direktorlar Şurasının müstəqil üzvü təyin edilib.

 

İqbal Rüstəmovun karyerası əsasən Azərbaycan bank və texnologiya sektorunu əhatə edir. O, indiyədək “Bank of Baku” ASC, “Kapital Bank” ASC və “AFB Bank” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb. Hazırda isə “PashaPay” MMC-də Ekspert məhsul lideri vəzifəsində çalışır.

İqbal Rüstəmov Bakı Dövlət Universitetində Tətbiqi Riyaziyyat və Kibernetika ixtisası üzrə bakalavr dərəcəsi alıb, Yale School of Managementin idarəetmə təlimini və IE Business School Executive MBA proqramlarını bitirib.

Hazırda “AZSIĞORTA” ASC-nin Direktorlar Şurası aşağıdakı tərkibdə fəaliyyət göstərir: sədr – Direktorlar Şurasının müstəqil üzvü Viladi Maniyev, Direktorlar Şurasının üzvü Elnur Qurbanov və Direktorlar Şurasının müstəqil üzvü İqbal Rüstəmov.

×××××××××××××××××

Direktorlar Şurasının qərarına əsasən Şükür Fəxrəddin oğlu İsgəndərov “AZSIĞORTA” ASC-nin Riskləri İdarəetmə Komitəsinin kənar müstəqil üzvü təyin edilib.

Şükür İsgəndərovun karyerası əsasən Azərbaycan bank və sənaye sektorunu əhatə edir. O, indiyədək “Kapital Bank” ASC, “Turan Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC-də risklərin idarə olunması sahəsində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib. Hazırda o, “Baku Steel Company” QSC-də Risklərin idarə olunması və daxili nəzarət şöbəsinə rəhbərlik edir, həmçinin “Azmikroinvest” BOKT-un Audit Komitəsinin sədri və Müşahidə Şurasının üzvüdür.

Şükür İsgəndərov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında siyasi elmlər üzrə bakalavr və magistr təhsili alıb. Həmçinin Almaniyanın Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin Risk İdarəetməsi üzrə sertifikatına sahibdir.

 

 

 

Xatırladaq ki, “Azsığorta” ASC 2006-cı ildə yaradılıb, 14 mln. manat nizamnamə kapitalına sahibdir. Şirkətin səhmlərinin 100%-i Hikmət İsmayılova məxsusdur.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!