Azyaşlı karateçilərimiz beynəlxalq turnirdə uğur qazandı
1-3 iyun 2018-ci il tarixində Gürcüstanın paytaxtı Tiflis şəhərində Karatenin WKF növü üzrə Georgia Open 2018 – Beynəlxalq turnir keçirilmişdir.
Bu turnirdə 20 -yə yaxın ölkədən 1500-ə yaxın idmançı qatılmışdır. Yarışın mükafat fondu açıq çəki dərəcələrində 10.000 dollar olmuşdur. Bu yarışda Bakı Karate-do Akademiyası 2 nəfər az yaşlı idmançı ilə təmsil olunmuşdur.
Beləki finala vəsiqə zamanı Gürcüstan idmançısı məğlub edən Maxsudlu Rza yalnız finalda məğlub olaraq 2-ci yerə layiq görülmüşdür. Digər idmançımız İbrahim İbayev isə bürünc medalla kifayətlənməli olub.
Qeyd edək ki, karatenin WKF növü Olimpiya oyunlarının proqramına daxil edilib və 2020-ci ildə Tokyoda baş tutacaq yay olimpiya oyunlarında karateçilər öz qüvvəsini sınaya biləcəklər.
Frame.az