Oxu zalıTəqdimat

Azərbaycanda da istedadlı gənclərin sayı heç də az deyil-Yazıçı Ziya Səfərbəyov- Müsahibə

Hər vaxtınız xeyir, Ziya bəy. Uzun zamandır ki, haqqınızda xəbərlər almırdıq. Necəsiniz?

Salam. Hər vaxtınız xeyirli olsun. Təşəkkür edirəm, sizlər necəsiniz? İki il Avropada magistr təhsili aldığım üçün bu sferadan bir qədər uzaq idim. Hər şey qaydasındadır, çox sağ olun.
Avropada yaşamağın üstünlüklərini və mənfi cəhətlərini qeyd edə bilərsinizmi?
Bilirsinizmi, əksər ölkələrdə yaşamağın mənfi və müsbət cəhətləri vardır. Təhsil sferası haqqında onu qeyd edə bilərəm ki, həqiqətən də, güclü bir sistemdir. Avropa gənclərinin təhsilə, elmə və özünü inkişafa çox böyük meyli var. Mənfi cəhət isə odur ki, orada Azərbaycan mətbəxinin dadlı yeməklərindən məhrum idik. ( Təbəssümlə )
Nə üçün oxucularınızla görüş deyil, məhz belə bir layihə təşkil etmək qərarına gəldiniz?
Təhmini olaraq bir ay əvvəl Permə Gənc Yazıçıların Görüşünə dəvətli oldum. Oradakı gənclərin arasında belə bir yarışmanın keçirildiyini gördüm, yarışma qaliblərinə böyük mükafatlar verilmirdi. Amma onlar əsas iştirak etmək, istedadlarını göstərmək istəyirdilər. Belə fikrə gəldim ki, Azərbaycanda da istedadlı gənclərin sayı heç də az deyil. Bizim gənclərimiz heç də onlardan geri qalmır və mütəmadi olaraq belə müsabiqələrin keçirilməsi vacibdir. “Satel Telecom” şirkətinin dəstəyi ilə bu layihəni həyata keçirmək reallaşdı. Buna görə onlara ayrı şəkildə minnətdarlığımıbildirmək istəyirəm. Oxuculara qaldıqda isə onları da tədbirdə səbirsizliklə gözləyəcəyəm. Onlar hər zaman görüşlərdə iştirak edərək mənə dəstək olurdular, ümidvaram ki, bu tədbirə də biganə qalmayacaqlar.
Lahiyənin hansı üstünlükləri var?
Təəssüflü olsa belə qeyd etmək lazımdır ki, gənclərimizin müəyyən kompleksləri var ki, onlardan azad olmaq ən əsas məqsədlərdən biridir. Onlar kompleksləri bir kənara atıb öz istedadlarını göstərməlidirlər. Düşünürəm ki, layihədə iştirak edəcək gənclər bizlər üçün çox böyük tapıntı olacaqlar. Onlar öz çıxışları ilə bir çox məşhur yazıçı və şairləri belə geridə qoyacaqlar. Hansılar ki, özləri haqqında çox yüksək fikirdə olduqları üçün müsabiqəyə heç qatılmayacaqlar. (Təbəssümlə)
Müsabiqəyə qatılmaq istəyənlər arasında aktivlik varmı?
Bəli, mən çox şadam ki, biz ilk bir neçə gün ərzində artıq 35 yaxın iştiraka istək qəbul etmişik. Bir çoxları əsərlərini özləri ifa etməyə çəkinir, buna baxmayaraq nəticələr qənaətbəxşdir.
Bizə vaxt ayırdığınıza görə təşəkkür edirik, Ziya bəy. Sizə fəaliyyətinizdə və bütün başlanğıclarınızda böyük uğurlar arzu edirik.
Mən də sizə təşəkkür edirəm. Hər birinizə bu layihəyə dəstək olduğunuz üçün minnətdaram . Biz gənclərimizdə belə layihələrə daha böyük maraq görmək istəyirik.
Təşəkkürlər!
Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!